Bakının İrəvanı ŞOKA SALAN QARABAĞ PLANI: Dünya Çempionatı baş çatmamış...

Bakının İrəvanı ŞOKA SALAN QARABAĞ PLANI: Dünya Çempionatı baş çatmamış...

Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır.

Publika.az
 xəbər verir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun təmas xəttində sürətli yerdəyişmə apardığını, hərbi texnikaların iştirakı ilə mütəmadi təlimlər keçirdiyini iddia edir.

"Ekspertlər hesab edirlər ki, cəbhədə son günlər baş verənlər Azərbaycanın futbol üzrə dünya çempionatı başa çatmamış əraziləri hərbi yolla qaytarmaq üçün hərəkətə keçə biləcəyini hesab edirlər”, - deyə erməni jurnalist Mariam Qriqoryan yazır. Həmçinin qeyd edir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Bakıda səsləndirdiyi "Azərbaycan Dağlıq Qarabağ münaqişəsində düzgün və konstruktiv siyasətin tərəfdarıdır” bəyanatı Moskvanın Bakıya yaxşı münasibətinin göstəricisidir.

Erməni politoloq Stepan Safaryan iddia edir ki, Dövlət Dumasının sədri bu bəyanatla Azərbaycanın "Lavrov planı”nı dəstəklədiyini, Ermənistanın isə boyun qaçırdığını demək istəyir.

"Lavrov planı” Ermənistanın maraqlarəına uyğun deyil, əksinə Azərbaycanın xeyrinədir. Rusiya bu planı həyata keçirmək istəyir. Volodinin bəyanatında həm də Bakıya "Rusiya münaqişənin sülh yolu ilə "Lavrov planı” çərçivəsində həllinin tərəfdarıdır” mesajı ünvanlanır”, - deyə Safaryan iddia edib.

Politoloq Ara Papyan isə müharibə ehtimalının indi daha yüksək olduğunu bildirib.

"Azərbaycan böyük miqdarda silahlar alır. Naxçıvan istiqamətində baş verənlər göstərdi ki, gərginlik yüksəkdir. Mən vəziyyətin kəskinləşməsini mümkün hesab edirəm. Yeganə yolumuz müharibə olacaqsa, Azərbaycanın itkilər verəcəyini sübut etməkdir. 2016-cı ildə bu mümkün olmadı. Minsk qrupunun həmsədrləri Bakıya heç bir ittiham irəli sürmədilər, Azərbaycan Vyana razılaşmasını yerinə yetirmədi. Digər tərəfdən, beynəlxalq vəziyyət də Azərbaycanın xeyrinədir. Misal üçün, bu günlərdə Azərbaycanın ABŞ istehsalı olan helikopterləri arsenalına daxil etdiyi məlum oldu. Bu onu göstərir ki, Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində deyil və Azərbaycan bu vəziyyətdən istifadə etməyə çalışır”, - deyə Papyan iddia edib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az