Bakının mərkəzində “AUDİ” ilə “VAZ 2107” TOQQUŞDU - SÜRÜCÜ QAÇDI (VİDEO)

Bakının mərkəzində “AUDİ” ilə “VAZ 2107” TOQQUŞDU - SÜRÜCÜ QAÇDI (VİDEO)
Paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospektində qəza baş verib.
 
Miq.az ARB TV-yə istinadən xəbər verir ki, "VAZ 2107” markalı maşın "AUDİ” markalı avtomobillə toqquşub.
 
Qəza nəticəsində "VAZ” markalı maşın aşıb, sürücüsü isə ərazidən qaçıb. Hadisə yerinə YPX əməkdaşları gəliblər. Ərazidə ölçülər götürülüb.
 
İlkin ehtimala görə "VAZ 2107”nin sürücüsü digər nəqliyyat vasitəsinin yoluna çıxaraq qəza törədib. Avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az