Bakradzedən şok: Azərbaycanla deyil, Rusiya ilə...

Bakradzedən şok: Azərbaycanla deyil, Rusiya ilə...

Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze Prezident Salome Zurabişvilinin Azərbaycan və Ermənistanla sərhəd problemləri barədə açıqlamasına münasibət bildirib.

"Miq.Az" Teleqraf.com-a istinadla xəbər verir ki, partiya lideri prezidenti təcrübəsizlikdə və məsələni bilməməkdə ittiham edib.

Bakradzenin sözlərinə görə, hakim komanda Zurabişvilinin ifadələrini gürcü dilini mükəmməl bilməməsi və kontekstdən xəbərsiz olması ilə izah edir:

"Prezidentin sərhədlər barədə dedikləri heç nəyə uyğun gəlmir. Mən deyərdim ki, bu, böyük cəhalətdir, lakin təəssüf ki, bu, cəhalətdən əlavə, Gürcüstanın maraqlarına zərbədir. Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərini dünyada tanınması istiqamətində işlədiyi zaman iki arqumenti var. Birinci, işğal olunmuş Abxaziya və Osetiyanının dünya tərəfindən tanınması, ikincisi, beynəlxalq hüquq normalarına istinad…

Hazırda de-fakto bir reallıq var və bu reallıq da Abxaziya və Osetiyanın işğalı ilə bağlıdır. Abxaziya və Osetiya Ermənistan, Azərbaycan və Rusiya kimi Gürcüstanın müstəqil qonşularıdır. Zurabişvilinin demək istədiyi budur”.

Onun sözlərinə görə, Avropa Gürcüstanının qəti tələbi ondan ibarətdir ki, Gürcüstan hökuməti bu bəyanatın inkar edilməsi və Gürcüstanın işğal olunmuş ərazilərlə heç bir sərhədi olmadığı barədə rəsmi açıqlama verməlidir.

Qeyd edək ki, Salome Zurabişvili Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd problemlərinin həll edilməsinin vacib olduğunu bildirib. O, bu barədə tərəflər arasında anlaşmanın əldə edilməsinə baxmayaraq, danışıqların dayandığını deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az