Bana bir şeyləri anlat, lütfən, sayın RTE!

Bana bir şeyləri anlat, lütfən, sayın RTE!

Azərbaycanın möhtərəm və möhtəşəm jurnalisti Aydın Can(ıyev) Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoģana ünvanlı status paylaşıb. Sanbalını nəzərə alaraq, saytda yerləşdiririk.

Söz RTE-yə verilsin! Desin görək nə verir baş?

Artıq sosial şəbəkə ekstrasensləri və müctəhidləri havalanma həddinə gətiriblər!!!

Vətəni M.Ə.Rəsulzadə kimi də sevmək olar - itirsən də, 100 il sonra da olsa, bayraģın yüksələr!

Vətəni N.N.Nərimanov kimi də sevmək olar - 100 il birtəhər-bircür yaşayar, axırı
Ə.Q.Əliyev (Elçibəy) kimi sevəni M.Ə.Rəsulzadəni də, O-nun qurmaq istədiyi vətəni də dirildər, təsdiqlədər!

Vətəni H.Ə.Əliyev kimi də sevmək olar - torpaqlar əldən getsə də belə, vətən dünyaya günəş kimi doģacaq!

Vətəni I.H.Əliyev kimi də sevmək olar və 220 illik təcavüzü 44 günə silərsən!

Fəqət... MƏĢLUB OLA-OLA sabaha irəliləyən Azərbaycanın sabahı daha AYDIN idisə, I.H.Əliyevin QALIB Azərbaycanı daha təhlükəli durumda!

Dərhal açıqlamalar və təminatlar olmalıdır! - əks təqdirdə, torpaqların azad olunması nəinki hakimiyyətdə qalmanın  müddətini uzadar, hətta ölkənin müstəqilliyini fiaskoya uģradar!

Danış, Rəcəb Tayyib Ərdoģan! 

Anlat!!! 

Həqiqəti bizə anlatdıgın üçün kimsə nə Səndən, nə TC-dən, nə də Türklükdən küsməz, vaz keçməz!

Bəlkə ABK-mız desə, bu, Ona da, AR-ə də təhlükə olar, amma Sən, eyyy RTE, Sən desən, ölkəmiz də, torpaqlarımız da, müstəqilliyimiz də Lavrov-Kələntəryan və Azər Rəşidoglunun təhdidlərindən xilas olar!
Vicdanı olan, gələcəyi düşünən bütün ziyalı kontingenti var-gücüylə xalq-dövlət birliyini ayaqda saxlamaga çalışır, melanxoliklər və  fobiqlotlar isə... "dovodit do bezumie i psixoza" vaksini yeritməklə məşguldur!

Anlata bildimmi, sayın RTE?

p.s. Mən 26 fevral 2009-cu ildə Sənin ad gününə yazdıgım yazını 26 fevral 2021-ci il üçün tapacam - "Ad günümü Xocalıda keçirəcəyəm",- demisən! Ümid edirəm, Sən də Mir Şahini ittiham etməzsən ki, montaj edib...

Sevgilər və səcdələr... 
Hörmətlə,
möhtərəm və möhtəşəm Aydın Can

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az