“Bankdan pul oğurlanması iddiası əsassızdır” - “Günay Bank”ın sədri

“Bankdan pul oğurlanması iddiası əsassızdır” - “Günay Bank”ın sədri

Yerli mətbuatda "Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətaccçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verən "Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.

Sədr qeyd edib ki, "Günay Bank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:

"Mən təminat verirəm ki, 26 il ərzində "Günay Bank”dan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq. "Günay Bank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur”.

M.Məmmədov qeyd edib ki, Emin Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub:

"Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdır”.

Qeyd edək ki, ""GünayBank”ın sədr müavini 100 milyonu götürüb ölkədən qaçdı” başlıqlı xəbər Virtualaz.org saytında yayımlanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az