Banklarda batan pullar geri qaytarılır - Necə ödəniləcək?

Banklarda batan pullar geri qaytarılır - Necə ödəniləcək?
Hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq?..

"Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq".

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir:

Hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq?

"Ləğv prosesində olan "Atrabank”, "Royalbank”, "Kredobank”, "Zaminbank”, "Bank of Azerbaijan”, "Qafqaz İnkişaf Bankı”, "Bank Standard”, "Yunayted Kredit Bank”, "Texnikabank”, "Dəmirbank” və "Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq".

Kompensasiya "Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək".

Eksperst bildirir ki, ilkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq:

"Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimridi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. Qeyd edək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az