Baş Nazir Novruz Məmmədova MÜRACİƏT

Baş Nazir Novruz Məmmədova MÜRACİƏT

 

Lerik rayon Züvüc kənd sakini

Ağayeva Həqiqət Məmmədqulu qızı

tərəfindən Azərbaycan Respublikasının

Baş Naziri cənab Novruz Məmmədova

 

Ə R İ Z Ə

 

Cənab Baş nazir, Sizə müraciət etməyimin səbəbi son aylar baş verən təbii fəlakətlər nəticəsində evimin qəzalı vəziyyətə düşməsidir. Ahıl yaşımızda hər an uça biləcək evdə yaşamağa məcbur qalmışıq. Yaşadığımız mənzil hal-hazırda baş vermiş sürüşmə və təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşüb. Hələ 2013-cü ildə zəlzələ baş verəndə evimizin divarlarında çatlar əmələ gəlmiş və uçma təhlükəsi yaranmışdır. Həmin vaxt evin bərpası ilə bağı bir sıra aidiyyatı dövlət qurumlarına müraciət etməyimizə baxmayaraq heç bir addım atılmadı. Ev yaşamaq vəziyyətində olduğu üçün susduq. Lakin son aylar baş vermiş sürüşmə və təbii fəlakət nəticəsində evimiz tamamilə yarasız vəziyyətə düşüb. Hər an evimizin uçmaq təhlükəsi var. Diqqətinizə çatdırıram ki, evimizin qəzalı vəziyyətə düşməyinə görə hazırda Bakıda oğlumgildə müvəqqəti olaraq qalırıq.

Cənab Baş nazir, evimizin bərpası ilə bağlı aidiyyatı orqanlara tapşırıq verməyinizi və bizə düşdüyümüz vəziyyətdən çıxmaq üçün köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

 

 

Ağayeva Həqiqət Məmmədqulu qızı, Lerik rayon Züvüc kənd sakini


 Miq.Az























 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az