Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olunub

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olunub
Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.
Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur.
Azərbaycan vətəndaşları hazırda Batumi Referal Xəstəxanasında müalicə olunurlar. Gənclərin ayaq, qol və bədənin digər hissələrindən bıçaq yaraları aldıqları bildirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az