Baydendən erməniləri şoka salan qərar - Azərbaycana "yaşıl işıq"

Baydendən erməniləri şoka salan qərar - Azərbaycana

Xəbər verdiymiz kimi, ABŞ Prezidenti Co Bayden yenidən Azərbaycana qarşı tətbiq olunan "Azadlığa Dəstək” Aktına edilən 907-ci düzəlişi tətbiq etməkdən imtina edib.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Erməni Milli Komitəsi məlumat yayıb.

Komitənin icraçı direktoru Aram Amparyan Prezident Baydenin qərarını Azərbaycana hərbi yardıma "yaşıl işıq” adlandırılıb.

Amparyan məsələni Konqresin gündəmində saxlamaq üçün bütün səyləri göstərəcəklərini deyib.

Bayden administrasiyası ötən ilin mayın 4-də 907-ci düzəlişin bir illik qüvvədən düşməsini təsdiqləmişdi.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək” Aktını qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin tətbiqi 2002-ci ildən ABŞ prezidenti tərəfindən təxirə salınır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az