Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi...

Bayraq böhranı: Ordumuz irəlilədi, Yeqorov gəldi...

Azərbaycan hərbçiləri sentyabrın 21-də Xocavənd rayonunun Cütçü kəndi istiqamətində dayandığı nöqtədən irəli gedərək, rus sülhməramlıları ilə aradakı neytral əraziyə yerləşib.

Miq.Az xəbər verir ki, bu məlumatı erməni mediasına Cütçü kəndi icmasının rəhbəri Lernik Avanesyan verib.

O deyib ki, Azərbaycan Ordusunun 1200 metr irəlilədiyinə dair Rusiya sülhməramlılarına məlumat verib:

"İnsident yerinə general Yeqorov gəldi. Danışıqlar davam edir”.

O, Azərbaycan Ordusunun separatçıların bayrağının Amaras monastır kompleksindən çıxarılmasını tələb etdiyini, rusiyalı hərbçilərin isə toqquşmadan qaçmaq üçün separatçıların bayrağını Ermənistan bayrağı ilə əvəz etməyi təklif etdiyini bildirib. Avanesyan bayrağın dəyişdirilməsi danışığında şəxsən iştirak etdiyini söyləyib.

Bununla belə separatçıların bayrağının hələlik dəyişdirilmədiyi vurğulanıb.

***

Lernik Avanesyan "Nyus.am"ın erməni dilində olan versiyasına açıqlamasında Amaras monastırından separatçıların əski parçasının götürüldüyünü, yerinə isə başqa bayrağın asılmadığını, hazırda monastırda heç bir bayrağın olmadığını bildirib.

Bundan sonra isə Azərbaycan Ordusu əvvəlki nöqtəyə çəkilib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az