BDU-dan ölən tələbə ilə bağlı AÇIQLAMA: "Təəssüf..." - FOTO

BDU-dan ölən tələbə ilə bağlı AÇIQLAMA:

Bakı Dövlət Universiteti zəhərləndiyi üçün dünyasını dəyişən 4-cü kurs tələbəsi Şəkər Xasmətovanın ailəsinə başsağlığı verib.

Başsağlığında kollektivin tələbənin vaxtsız vəfatını ürək yanğısı ilə qarşıladığı bildirilib:

"Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirmişdi. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi. Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, dünən Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb. 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.  (Unikal.org)

 Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az