Bərdə rayonundan Mikayıl Cabbarova -ŞİKAYƏT

 Bərdə rayonundan Mikayıl Cabbarova -ŞİKAYƏT

11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi Mətləb Abbasovun nazirlikdə "dostları” kimdir – İTTİHAM

Bərdənin Gərənə kənd sakini Şəmilzadə Nicat Şahin oğlu vergilər nazir Mikayıl Cabbarova müraciətində 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi Mətləb Abbasovun qanunsuzluğundan bəhs edib.

Miq.Az-a göndərdiyi müraciətdə N.Şəmilzadə M.Abbasovun ona qarşı hansı haqsızlıqlara yol verdiyini açıqlayıb. 

Onun sözlərinə görə, 11 saylı Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi ona 35 min manat ziyan vurub: 

"Məktubum Sizə çatandan dərhal sonra Nazirliyin əməkdaşları Ərazi idarəsinin fəaliyyətini, xüsusilə Mətləb Abbasovun və onun tabeliyində olan bir neçə əməkdaşın fəaliyyət dairəsini yoxlayıb, ciddi nöqsanlar aşkar etmişdilər. Onlarla vergi ödəyicisi olmayıb, vergidən yayındırılan obyektlər aşkarlanmışdı.

Hətta yoxlayıcılar mənə bildirdilərki, aşkar elədiyimiz qanunsuzluqların yanında sənin məktubda yazdıqların xırda işlərdi. Sonra mənə nazirlikdən bildirdilərki, bir ay müddətinə sənə cavab veriləcək. 

Lakin həmin məsələnin üstündən bir ay yarım keçməsinə baxmayaraq hər hansı bir tədbir görülməsi və aparılan yoxlamanın nəticəsi barədə məlumat verilməyib.

Bunun nəticəsidir ki, Mətləb Abbasov heç nə olmamış kimi öz bahalı maşınlarını nümayiş etdirərək gəzməklə, qanunsuz hərəkətlərini davam etdirir.

Görünür nazirlikdə dayaqları möhkəmdir. Məhz buna gorə birbaşa cənab nazirin ünvanına müraciət elədim ki, onun dostları məktubumun Sizə çatmasına əngəl törədəcəklər. Bu səbəbdən Sizə Sosial şəbəkələr və saytlar vasitəsilə müraciət edib xahiş edirəm ki, mənim müraciətimə ədalətli baxılsın."

Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etbməyə hazırıq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az