Bərdədə Beynəlxalq Su Monitorinqi Günü qeyd edilib

Bərdədə Beynəlxalq Su Monitorinqi Günü qeyd edilib

Bu gün2003-cü ildə Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə təsis edilib.

Oktyabrın 16-da Bərdə Dövlət İdarəetmə vəTexnologiya Kollecində 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə  Beynəlxalq Su Monitorinqi Gününə həsr olunmuş tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri  İsrafil Paşayev  Beynəlxalq Su Monitorinqi Gününün qeyd olunmasını  əlamətdar hadisə adlandırıb:” 18 sentyabr - Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib. Həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir. Ənənəvi olaraq iştirakçı ölkələrin su obyektlərindən nümunələr götürülüb yoxlanılır. Məktəblilər, tələbələr suyun keyfiyyət parametrlərini təyin edərək Ümumdünya Su Monitorinqi Gününün rəsmi saytında paylaşırlar. Monitorinq nəticələrinin paylaşılması hər kəsin diqqətini suyun keyfiyyət göstəricilərinə yönəldir.”

İsrafil Paşayev su ehtiyyatlarının monitorinqinə ölkəmizin də diqqətlə yanaşdığını bildirib:  "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq su hövzələrində monitorinqlər həyata keçirir. Nazirliyin səth sularının çirklənməsinin monitorinqi şəbəkəsi 43 əsas su obyektini əhatə edir. Su nümunələrinin fiziki, kimyəvi hidroloji göstəriciləri ilə yanaşı, onun tərkibindəki əsas ionlar, biogen maddələr, spesifik çirkləndiricilər və ağır metalların tədqiqatı  aparılır.”

Ekologiya İdarəsinin sektor müdiri su hövzələrinin çırkləndirilməsi, ətraf mühitə tullantıların atılmasına qarşı cəmiyyəti, xüsusilə də gəncləri fəal olmağa çağırıb. O, plastik qabların sağlamlıq üçün yaratdığı təhlükədən danışmaqla, belə məhsullardan istfadə etməməyi tövsiyyə edib.

Aqrar elmlər üzrə fəlsəfə doktoru, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi, ekoloq Xosrov Musayev dünyanın əsas hissəsinin dənizlərin , okeanların payına düşdüyünü, lakin içməyə yararlı olmadığını, su ehtiyyatlarının  cəmi iki faizindən istifadənin  mümkünlüyünü bildirib. Xosrov Musayev dünyanın su problemlərindən danışmaqla diqqəti bölgəmizdəki münaqişəli vəziyyət şəraitində qonşu Ermənistanın xalqımıza qarşı su vasitəsilə yaratdığı təhlükə və terrorundan danışıb:”Azərbaycan təbii ehtiyyatlarla zəngin olsa da su ehtiyyatları azdır.Azərbaycanda əsasən suvarma əkinçiliyi olmadan məhsul əldə etmək qeyri-mümkündür. Təəssüflər olsunki ərazilərimizin bir hissəsi də işğal altındadır. Əvvəllər inşa olunmuş Sərsəng su anbarına da hazırda erməni separatçıları  nəzarət edir. Yay aylarında Tərtər çayının suyunu bağlamaqla azərbaycanlıların əkinlərinin suvarılmasına əngəl yaradırlar ki, fikrimcə bu da terrorun davamıdır. Terrorun məqsədi ziyan vurmaq olduğu üçün bunu belə qiymətləndirmək olar.Beləliklə su ehtiyyatlarımızın tərkib hissəsi olan anbarlarımızdan birinin ermənilərin əlində olması dinc insanların, zəhmətkeş adamların məhsul əldə etmələrinə mane olur.”

Xosrov Musayev qeyd edib ki, ermənilərin xalqımıza qarşı ekoloji cinayətləri bununla bitmir. Yuxarıdan su ehtiyyatlarını kimyəvi maddələrlə zəhərləyir, hətta partladıcı silah-sursat axıdırlar ki, soydaşlarımızda bununla əksər hallarda qurbana çevrilirlər.
Daha sonra "Ekoloji informasiya” İB-nin sədri Musa Muradlı, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllim və tələbələri, Bərdə " ASAN” xidmət mərkəzinin könüllüləri çıxış etməklə tədbir iştirakçıları ilə fikir və mülahizələrini bölüşüblər. 

Miq.Az

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az