Bərdədə sakinlərin yaşadıqları binanın zirzəmisindən-Kərtənkələ, ilan çıxır...

Bərdədə sakinlərin yaşadıqları binanın zirzəmisindən-Kərtənkələ, ilan çıxır...

Su borularının çürüməsi sayəsində istər içməli su, istərsə də çirkab suları mütəmadi olaraq binanın zirzəmisinə axır.

Bərdə şəhəri, Heydər Əliyev prospekti 22 ünvanında yerləşən binanın sakinləri üzləşdikləri problemlə bağlı "Sputnik Azərbaycanın" bölgə müxbirinə danışıblar. Şikayətçilərlə söhbət zamanı məlum olub ki, binanın su, kanalizasiya boruları çürüdüyündən və yenilənmədiyindən istər içməli su, istərsə də çirkab suları mütəmadi olaraq  binanın zirzəmisinə axır. Sakinlərin Bərdə rayon İcra Hakimiyyətinə, Mənzil Kommunal Təsərrüfat Birliyinə, Su və kanal İdarəsinə etdikləri müraciətlərin də bir faydası olmayıb.  Problemlərinin həlli istiqamətində atdıqları addımlardan biri də KİV-ə müraciət eləmək olub. Hesab edirlər ki, bu da fayda verməsə məcbur olub etiraz aksiyasına əl atmaqla H.Əliyev prospekti ilə hərəkət edən nəqliyyatın hərəkətini dayandıracaqlar. Məqsədləri də problemlərinin əlaqədar qurumların diqqətinə çatdırılmasına nail olmaqdan ibarət olacaq.

"100 evin zibili, kanalizasiya tullantıları bütünlüklə zirzəmiyə tökülür. Lazımi qurumlara ünvanladığımız şikayətlərə də məhəl qoyulmur.İcra hakimiyyətinə, MKİB, Su və Kanal İdarəsinə müraciətlər olunsa da, hər hansı bir tədbir görülməyib. Mənzil Kommunal İstismar Birliyi bildirib ki, 4 il əvvəl binanın su və kanalizasiya işləri Su və kanal İdarəsinə təhvil verilib. Su Kanal İdarəsi isə nə su pulu yığır, nə də qurğu və avadanlıqlara texniki xidmət göstərmir. Binanın Su və Kanalizasiyası başlı-başına, baxımsız vəziyyətdə qalıb. İki – üç dəfə şəxsən özüm Su Kanal İdarəsinə ərizə ilə müraciət etmişəm. Baxan yoxdur. Hara da gedirik, nə deyən yoxdu, yaxşı eləyib, gəlmisən, ya pis." Özünü binanın komendantı kimi təqdim eliyən Ceyran Məmmədova belə deyir.

Komendant Ceyran Məmmədova baş verə biləcək daha dəhşətli hadisədən danışır: 

"Binalar batır.  Sabah bir zəlzələ olsa bina burda yaşayanların başına uçacaq. Burda nə qədər adam var qırılacaq. Kanalizasiyalar hamısı zirzəmilərə axır. Binanın bünövrəsi artıq boşalıb. Bu da gələcək təhlükədən xəbər verir.”

Bina sakini Əntiqə Rüstəmova binanın üçüncü mərtəbəsində yaşayır. "Kanalizasiyalar dolub,evlərə daşır .Həftənin beşinci günü İcra hakimiyyətinin qəbuluna getdim. Bildirdim ki, bu vəziyyətdə adam yaşaya bilməz. Zirzəmilərdən Kərtənkələ, ilan çıxır. Mişoul, Ciçovul buralarla bir olur. Bunları görəndə uşaqlarımız qorxudan ölürlər. Antisanitariya səbəbindən dəhşətli xəstəliklərə düçar ola bilərik. Zirzəminin təmizlənməsi, su və kanal xətlərində yaranan qəzaların aradan qaldırılmasında kömək göstərilməsini xahiş elədim. Ancaq şikayətimizi eşidən olmadı. Vəziyyət dəyişməz olaraq qalır. ”

Zeynalova Zərifə də bu binada yaşadığını bildirib, həyatlarını zəhərə döndərən mövcud durumdan şikayətlənib:

"Ağcaqanad və digər gəmirici həşaratların əlindən yaşamaq olmur. Antisanitariyadan uşaqlarımız xəstə düşüb. Buna da səbəb kanalizasiyaların zirzəmiyə axmasıdır. İydən evlərimizə girə bilmirik .Hara da müraciət ediriksə yaxşı, tədbir görüləcək  deyirlər, ancaq heç bir iş görmürlər. JEK deyir Su İdarəsi baxır, Su İdarəsidə mənlik deyil deyə öz üzərindən atır. Beləcə ötür-ötür oynayırlar. Bilinmir ki, bizim həyatımız üçün təhlükə yaradan bu problemə görə kim məsuliyyət daşıyır.”

Binanın birinci mərtəbəsində yaşayan Şəfəq Tağıyeva bildirir ki, kanalizasiya tez-tez tutulur. "Çirkab suları, sanitar qovşağa məxsus tullantılar daşıb evə dolur. Ağcaqanad, milçəkdəndə ki, qaçaq olmuşuq. Dəfələrlə JEK və Su İdarəsinə etdiyimiz müraciətlərimizədə məhəl qoyulmur.” - deyə Şəfəq Tağıyeva az qalır ki, ağlasın.

Bina sakinləri onların üzləşdiyi problemə cavabdeh şəxslərin göstərdiyi laqeyd münasibəti gələcəyimizə qəsd kimi qiymətləndirirlər. Burada böyüyən uşaqlar həmdə gələcəyin əsgərləridi deyirlər. Bu isə o deməkdir ki,  gələcəyin100- lərlə əsgərinin həyatı təhlükədə altındadır.

Məsələ ilə bağlı Su Kanal İdarəsinin rəisi Şamil Ziyadov bildirib ki, sövetin dönəmindən qalan xətlər olduğuna boruların yenilənməsinə ehtiyyac var. O bunun üçün layihə hazırlandığını ilin sonuna, ya gələn ilin əvvəlinə yenidənqurma işlərinin başlanacağını bildirib: 

"Şaxtalarda olan su xətləri qəzalı vəziyyətdədir. Orada girmək mümkün deyil. Çalışdığımız qədər tədbirlər görürük ki, borularda yaranan sızmaların qarşısını alaq.Yaxınlarda Gəncədən yüksək təzyiqlə su vuran maşınlar gətirməklə kanalizasiya borularını təmizləmişik. Orada 14 metr uzunluğunda kanalizasiya borusu dəyişmişik. Zirzəmidən yuxarı su qalxaraq sakinlərin hamamına daxil olur. Onlar da vətəndaşların şəxsi su xətləridi. Orda yaranan sızmalar nəticəsində su zirzəmiyə tökülür. Ona biz müdaxilə edə bilmirik. Vətəndaşlar JEK-ə müraciət etməlidi, santexnik dəvət etməlidi, sıradan çıxan borunu düzəltməlidir. Yeni layihədə köhnə xətlər dəyişilməklə yaranan problemin həlli mümükün olacaq.”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az