Beyləqanda avtomobillər toqquşub, ölən var

Beyləqanda avtomobillər toqquşub, ölən var

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Miq.Az-ın xəbərinə görə, hadisə mayın 21-i saat 11:30 radələrində rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Fəxrəddin Əsədovun idarə etdiyi "VAZ-2106” markalı avtomobil Elşən Əlizadənin idarə etdiyi "VAZ-21154” markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106” markalı avtomobilin sürücüsü F.Əsədov, onun sərnişini - qızı Günel Əsədova, "VAZ-21154” markalı avtomobilin sərnişini Gülşən Əlizadə ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. F.Əsədov həmin gün saat 16 radələrində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinaytət işi başlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az