Beyləqanda döyülüb küçəyə atılan 18 yaşlı qız öldü - VİDEO

Beyləqanda döyülüb küçəyə atılan 18 yaşlı qız öldü - VİDEO

Beyləqan rayonunda döyülərək küçəyə atılan 18 yaşlı qız xəstəxanada dünyasını dəyişib.


Miq.az xəbər verir ki, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.
Qeyd edək ki, gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. ("ölkə.az")
Faktla bağlı araşdırma aparılır.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az