Beyləqanda “Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir təşkil olundu – FOTO

Beyləqanda “Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir təşkil olundu – FOTO
Uşaqların hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.


Avqustun 9-da Beyləqan Günərzi Qayğı Mərkəzində "Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir təşkil edilib.Mərkəzə  cəlb edilmiş uşaqların hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, Mərkəz  "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.
Mərkəzdə 3-12 yaşarası çətin həyat şəraitində olan 30-dan çox uşağa (eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara)gündəlik olaraq və günərzində yarımstasionar formada xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünə xidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.

Mərkəz tərəfindən uşaqlarla müxtəlif məşğələlər, terapiyalar, dərnəklər təşkil olunur. Eyni zamanda uşaqların yay tətilinin və  asudə vaxtlarının səmərəli keçməsi və dünya görüşünün inkişafı məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, təbiət gəzintiləri təşkil olunur.





 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az