Bir gecənin 23 şəhidi...

Bir gecənin 23 şəhidi...

Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
15 avqust 1993-cü il… Gecə saat 04:00 radələrində Daşbaşı postuna qəfil hücum edən  erməni silahlı birləşməsi 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdi.
Daşbaşı postu Cəbrayıllın müdafiəsi üçün ən vacib mövqe idi. Qeyri-bərabər döyüşdə erməni qüvvələri bizim döyüşçülərdən iki dəfə çox olmuşdu.
Həmin gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər Cəbrayıllı gənci öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.
Modern.az-ın məlumatına görə, Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…
Allah şəhidlərimizə rəhmət eləsin…



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az