Bir gündə 76 cinayət faktı qeydə alındı

Bir gündə 76 cinayət faktı qeydə alındı
Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Miq.az-a verilən məlumata görə, onların 18-i "isti izlər”lə açılıb.
Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az