Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq - Oskanyan

Bu 3 işi görməsək, Zəngəzur əldən çıxacaq - Oskanyan

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan üçün yeni islahatlar təklif edib.

Miq.Az xəbər verir ki, o, bu barədə məqalə dərc edib.

Oskanyanın sözlərinə görə, Ermənistan, "artsax" və diaspordan olan şəxsləri bir araya toplayacaq orqan yaradılmalıdır ki, o, qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin "reanimasiya proqramı"nı yaratmağa və tətbiqinə kömək etsin.

O bildirib ki, paralel olaraq müharibə zamanı Azərbaycanın guya kimyəvi silahdan istifadə etməsi və Azərbaycanın nəzarətində olan ərazilərdə erməni "mədəni dəyərləri”nin qorunması ilə bağlı məsələlər də qaldırılmalıdır:

"Əgər biz rəqiblərimizin, dostlarımızın və qonşularımızın, eləcə də beynəlxalq birliyin bizi eşitməsini, hörmətini və regional aktor kimi qəbul etməsini istəyiriksə, bu üç istiqamətdə işi ləngitməməliyik. Əgər indiki daxili inadkarlıq və xarici fəaliyyətsizlik davam edərsə, çox güman ki, bizi "arsax" qalıqlarının "Naxçıvanlaşdırılması" və Sünikin (Zəngəzurun) əlimizdən çıxması gözləyir", - o yazıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az