Bu ay istismara verilən qatarda problem – Sərnişinlər qapı arasında qalıb

Bu ay istismara verilən qatarda problem – Sərnişinlər qapı arasında qalıb
Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb.

"Dərnəgül” – "Həzi Aslanov” İstiqamətində hərəkət edən qatar İnşaatçılar stansiyasında boşaldılıb.
Qatarın boşaldılmasına səbəb vaqonlardan birinin qapısının açılmaması olub.
Təxminən 5 dəqiqə ərzində maşinistin qapını açıb-bağlamaq cəhdləri boşa çıxdıqdan sonra sərnişinlər saat 08:01-də boşaldılıb. Təxminən saat 08:04-də qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin.
Bu zaman isə qapılar birdən bağlanıb və sərnişinlər qapı arasında qalıb. Polislərin və digər sərnişinlərin köməyi ilə qapıları aralayaraq sərnişinlər çıxarılıb.
Qeyd edək ki, bu hadisə ötən ay paytaxta gətirilən və bu ay istismara verilən yeni qatarlarda baş verib.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib:
"Hadisə nəticəsində qatarların hərəkətində 5 dəqiqəlik gecikmə yaranıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
Bu araşdırmadan sonra olayın hansı səbəbdən baş verməsi aydınlaşacaq və biz ictimaiyyəti məlumatlandıracağıq”. /”Report”




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az