Bu dövlət qurumu əhalidən torpaq alacaq - QƏRAR VERİLDİ

Bu dövlət qurumu əhalidən torpaq alacaq - QƏRAR VERİLDİ

Nazirlər Kabineti "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Qərara əsasən Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgəninkiləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununun tələblərinə uyğun olaraq həyata keçirməli və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etməlidir

Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az