Bu gün Bakıda barəsində qərar verilən FETÖ-çu... - Foto

Bu gün Bakıda barəsində qərar verilən FETÖ-çu... - Foto

FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmir artıq ölkəsinə aparılıb.

Axar.az xəbər verir ki, Türkiyə MİT-i FETÖ-nun Azərbaycan üzrə "xəzinədar”ı sayılan İsa Özdəmiri həbs edib. Ona qarşı terror təşkilatına üzv olma ittihamı irəli sürülüb.

MİT həmçinin FETÖ-nun Mersin əyaləti üzrə "imamı” Salih Zəki İgidi də Ukraynadan ölkəyə gətirib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən və Azərbaycanda həbs olunan İsa Özdəmirlə bağlı qərar elan edilmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az