“Bu, hər igidin, hər siyasətçinin işi deyil” - Ərdoğan

“Bu, hər igidin, hər siyasətçinin işi deyil” - Ərdoğan

"Bu gün etdiyimiz səfər zamanı Azərbaycandakı işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirib.
 
Türkiyə Prezidenti deyib ki, bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq və bu işləri həyata keçirmək buralardan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarımıza bir müjdədir.
 
"İnanıram ki, azərbaycanlı qardaşlarım ən qısa müddətdə son dərəcə gözəl bir şəkildə inşa edilən, bərpa olunan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az