Bu ölkədə ölülər basdırılmır – Dəhşət saçan fotolar

Bu ölkədə ölülər basdırılmır – Dəhşət saçan fotolar

İndoneziyanın Bali adasının Trunyan kəndində maraqlı cənazə ritualı həyata keçirilir. Bu kənddə ölülər nə basdırılır, nə də yandırılır. Trunyanda vəfat edən insanların cəsədləri bambukdan hazırlanan xüsusi qəfəslərdə çürüdülür.


Teleqraf.com xəbər verir ki, Trunyan kəndi nə qədər qorxunc təəssürat yaratsa da, əcnəbi turistlər üçün olduqca populyardır.

Balidə bir vulkan dağının ətəyində yerləşən Trunyan kəndi meşənin dərinliyindədir və bura sadəcə, qayıqla gəlmək mümkündür. Amma Trunyanın açıq məzarlığı "qaranlıq turizm”in ən populyar məkanlarından biridir.

Turistlər insan kəllələrinə toxuna bilmək və fotolarını çəkmək üçün bura axın edir. Mütəxsislər isə insanlara bu qorxunc məkandan uzaq dayanmaq barədə xəbərdarlıq edir.

Ölən insanlar yalnız yağış suyu ilə yuyulur və başları əski parçası ilə sarılır. Cəsədlərin qoyulduğu ərazilərə ancaq kişilər gedə bilir. Yerli sakinlər qadınların bura girəcəyi halda, zəlzələ olacağına, yaxud vulkan püskürəcəyinə inanır.

Cəsədlər quruduqdan sonra kəllələr və sümükləri yığılır, meşənin içindəki açıq məzarlığa aparılır. İşin maraqlı tərəfi budur ki, bu qeyri-adi ritual ancaq evli insanlar üçün icra edilir. Subay ölənlər torpağa basdırılır.

Bambuk qəfəslər Taru Menyan adlanan ağacların altında yerləşdirilir, bu ağacların cəsədin iylənməsinin qarşısını aldığına inanılır.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az