Bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq

Bu obyektlərdə məcburi POS-terminallar quraşdırılacaq

Azərbaycanda bir neçə obyektlərdə məcburi şəkildə POS-terminallar yerləşdiriləcək.


Miq.az  xəbər verir ki, bunu Trend-ə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

İdarə direktoru bildirib ki, POS-terminallara məhdudiyyət yoxdur və sahibkar öz istəyi ilə könüllü şəkildə öz obyektində ödəniş sistemini yerləşdirə bilər.

"Bu gün Azərbaycanda obyektlərdə 77 minə yaxın POS-terminallar quraşdırılıb. Terminallar əhalinin daha çox istifadə etdiyi obyektlərdə yerləşdirilib. Ödəniş terminalı olmayan pərakəndə ticarət, iaşə və əsasən mehmanxanalar kimi xidmət müəssisələrində məcburi şəkildə POS-terminallar yerləşdiriləcək”.

Ə.Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin POS-terminalların quraşdırılması ilə bağlı qərarı var və həmin qərarda nəzərdə tutulan obyektlərin siyahısını tam əldə etmək mümkündür.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az