Bu rayonda qar fəsadlar törətdi: Elektrik enerjisi dayandı

Bu rayonda qar fəsadlar törətdi: Elektrik enerjisi dayandı

Cəlilabad rayonunda müşahidə edilən güclü qar fəsadlara səbəb olub.

Miq.Az Report-a istinadən xəbər verir ki, qarın hündürlüyü şəhər ərazisində 2 sm, bəzi ərazilərdə 12-15 sm təşkil edir. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmətabad kəndlərinə düşüb.

Hazırda bu ərazilərdə də qarın hündürlüyü 15 sm-ə çatır.

Sakinlərin bildirdiyinə görə dumanlı hava şəraiti səbəbindən yollarda hərkətin intensivliyi məhdudlaşıb.

Cəlilabad rayon icra hakimiyyətindən bildirdilər ki, elektrik naqillərində yaranan nasazlıq səbəbindən bəzi ərazilərdə elektrik verilişində fasilələr yaranıb. Hazırda nasazlığın aradan qaldırılması məqsədi ilə işlər davam edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az