“Bu sizə baha başa gələcək…” – Rusiyadan Gürcüstana şok hədə

“Bu sizə baha başa gələcək…” – Rusiyadan Gürcüstana şok hədə
Rusiyadan Gürcüstana təyyarə reyslərinin və bilet satışlarının dayandırılması səbəbindən 150 mindən çox rus turist Gürcüstana gedə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan "Kommersant” qəzeti məlumat yayıb.
Qəzet qeyd edib ki, Gürcüstana qoyulan embarqoya görə, 155 min bilet alan rusiyalı turist bu xidmətdən istifadə edə bilməyəcək: "Bundan başqa, avqustun 8-dək 25 min rus turist geri qayıtmaq məcburiyyətində qalacaq”.
Rusiya Prezidenti Vladimir Putin ötən həftə iyulun 8-dən Gürcüstana təyyarə reyslərinin dayandırılmasını tələb edən qərar imzalayıb. Qərar çərçivəsində turizm və hava limanı şirkətlərinə xəbərdarlıq edilərək, turistlərə Gürcüstana bilet satılmaması tövsiyə olunub.
Əlavə edək ki, ötən həftənin sonlarından Gürcüstanın paytaxtı Tiflisdə Rusiya əleyhinə etiraz nümayişləri başlayıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az