Bu, Xəzəryanı ölkələrin niyyətini göstərir - İlham Əliyev

Bu, Xəzəryanı ölkələrin niyyətini göstərir - İlham Əliyev

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir:

"Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir.

Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az