Bu yolun açılışı Azərbaycanın imkanını göstərir - Prezident

Bu yolun açılışı Azərbaycanın imkanını göstərir - Prezident

Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir.

Miq.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Digər infrastruktur layihələrinə gəldikdə, yol tikintisi, xüsusilə kənd yollarının tikintisi uğurla gedir. Mənə verilən məlumata görə, kənd yollarının təxminən 85 faizi yenidən qurulub. Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Masallı şəhərinin küçələrinin yenidən qurulması üçün mənə rayondan müraciət edilib və müraciətə müsbət reaksiya verilib. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, bu gün Bakı-Astara magistral yolunun açılışı olmuşdur. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb. Əvvəllər o yerlərdə bataqlıq olubdur və artıq yeni yol şəhərlərə girmir, - nə Biləsuvar, nə də Masallı şəhərlərinə, - yeni bir istiqamətlə düz sərhədə qədər gedir. Əlbəttə, Masallı rayon sakinləri də hesab edirəm ki, bunu çox yüksək qiymətləndirəcəklər. Çünki magistral yolla, xüsusilə yük maşınlarının gecə-gündüz o tərəf-bu tərəfə işləməsi insanları narahat edirdi, müəyyən təhlükə yaradırdı".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az