Bütün məktəblərdə "Son zəng" tədbiri - Vaxt təyin olundu (Video)

Bütün məktəblərdə

İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək.

Xəzər xəbər-in məlumatına görə, tədbir yenə yalnız məktəb daxilində baş tutacaq və iki saat davam edəcək.

Bu haqda məlumat verən Bakı şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə yaşanan şagird sıxlığı probleminə də münasibət bildirib. Məhəbbət Vəliyeva deyib ki, İdarənin tabeliyində olan məktəblərin kiçik bir qismində bu problem müşahidə olunur.

M.Vəliyeva əlavə edib ki, 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Ancaq bu, bütün məktəblərdə həyata keçirilməyəcək. Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və bu məktəblərin iki növbəli sistemlə fəaliyyət göstərməsidir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az