Casus Süleymani ilə bir təyyarədə uçub - Sui-qəsd planı

Casus Süleymani ilə bir təyyarədə uçub - Sui-qəsd planı

Amerika Birləşmiş Ştatları (ABŞ) Qüds bölməsinin komandanı, iranlı general Qasım Süleymani barədə bütöv bir agentura şəbəkəsindən informasiya alıb.

Miq.Az BakuPost-a istinadla xəbər verir ki, bu məsələdə əsas rolu Suriyanın özəl "Çam Vings” aviaşirkətinin iki işçisindən alınmış məlumat oynayıb.

Məlumata görə, casuslardan biri Dəməşq aeroportunda, ikincisi isə Dəməşqdən uçan və Süleymanini Bağdada gətirən təyyarədə olub. Əməliyyatın daha iki iştirakçısı isə Bağdad aeroportunun təhlükəsizlik xidməti əməkdaşları olublar.

Belə ki, Süleymani birbaşa trapa gətirilib və qeydə alınmış sərnişinlərin siyahısında onun adı olmayıb. O öz təyyarəsi ilə uçmayıb və mobil telefondan istifadə etməyib.

Təyyarə yanvarın 3-ü gecə saat birin yarısında yerə enib. Trapda Süleymanini Əbu Məhdi əl-Mühəndisi - Haşdi-Şabi şiə üsyançı birləşməsinin komandan müavini gözləyib. Sərhədçilərdən yan keçməklə, zirehli avtomobillər aeroport ərazisindən çıxıblar. Yerli vaxtla 00:55-də (bəzi məlumatlara görə 01:20-də - red.) onlara raket zərbəsi endirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az