Cavid Qurbanovun federasiyasında biabırçılıq — Maaşlarını ala bilməyən hakimlər çempionatı boykot etdi

Cavid Qurbanovun federasiyasında biabırçılıq — Maaşlarını ala bilməyən hakimlər çempionatı boykot etdi

Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.

Ölkə çempionatı çərçivəsində keçirilən "Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı "Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib. (Yenicag.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az