Cavid Qurbanovun yarimçıq “qatar əməliyyatı” – Qəbul aktları, ödənməyən pullar və “şişdikcə şişən” əlavə xərclər (FOTO)

Cavid Qurbanovun yarimçıq “qatar əməliyyatı” – Qəbul aktları, ödənməyən pullar və “şişdikcə şişən” əlavə xərclər (FOTO)

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Latviya şirkətindən aldığı qatarların pulunu tam ödəməməsi heç də Cavid Qurbanovun iddia etdiyi kimi, həmin qatarlardan birinin təhvil verilməməsi ilə bağlı deyil. Ortada başqa şübhəli oyunlar var”. Bunları "AzPolitika.info”ya "qatar qalmaqalının” yaranmasının səbəbləri barədə məlumatlı şəxs bildirib.

Onun iddiasına görə, müqavilənin şərtlərinin tam yerinə yetirilməməsinin, yəni 5-ci qatarın Azərbaycana gətirilməməsinin günahı da Latviya şirkətində deyil, məhz "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyindədir.

abuleBu haqda danışmazdan öncə xatırladaq ki, "AzPolitika.info” saytına verilən məlumatlara və təqdim olunan sənədlərə görə, "Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın "ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb. Ümumi dəyəri 4 669 500 avro (dörd milyon altı yüz altmış doqquz min) olan müqaviləni "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və "ALBUVE” ASC-nin sədri Albert Uvarov imzalayıblar.

Müqavilədə Latviya şirkəti Azərbaycan tərəfinə hər biri 4 vaqondan ibarət ER-2 seriyalı 5 elektrik qatarını 2015-ci ilin may ayının 31-nə qədər təhvil verməyi öhdəsinə götürüb. "Azərbaycan Dəmir Yolları” QSC-nin isə həmin qatarları təhvil alması və 15 il ərzində müvafiq qaydalara uyğun onların əsaslı təmirini həyata keçirməsi nəzərdə tutulub.

Bir müddət sonra ilkin müqavilədə əksini tapmayan məsələlələ bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında əlavə razılaşma imzalanıb. 370 700 avro dəyərində olan ikinci razılaşmada ilkin müqavilədə "yaddan çıxan” müddəalar əks olunub.

Belə ki, ilkin müqavilədə elektrik qatarlarının "Azərbaycan Dəmir Yolları” QSC-yə Riqada təhvil verilməsi nəzərdə tutulub ki, bu da görünür, müəyyən problemlər yaradıb. Hər halda 01 oktyabr 2015-ci il tarixdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "ALBUVE” ASC-nin rəhbəri Albert Uvarov arasında imzalanan 370 700 avroluq əlavə razılaşmada 5 qatarın Azərbaycana nəql edilməsi (104 500 avro müqabilində), həmin qatarlarda radiostansiyaların quraşdırılması (57 200 avro müqabilində) və 3301 saylı qatarın 2 baş vaqonun modernləşdirilməsi (209 000 avro müqabilində) nəzərdə tutulub. Müqavilənin müddəti isə 2015-ci ilin dekabr ayının 31-ə qədər uzadılıb.

2 qatar

Bu müqavilələrin üzərindən 3 il keçdikdən sonra tərəflər arasında məhkəməyə qədər gedib çıxan mübahisə yaranıb. Latviya şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək məhkəməyə veribŞirkət "Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə "Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq "ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiasında, həmçinin bu vəsait ödənilənə qədər "Azərbaycan Dəmir Yolları” QSC-nin hesablarına və ya 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.

"Azərbaycan Dəmir Yolları” QSC-dən isə Latviya şirkətinə 522 000 avro borclu qaldığını qəbul etsə də, vəsaiti ödəməməsinin səbəbi kimi "ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu yaxınlarda mediaya açıqlamasında deyib ki, şirkət tərəfindən 1 elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir. "Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycan qanunlarına əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda onlara ödəniş edəcəyik” – deyə, cənab Qurbanov bildirib.

0Cavid1546070003

Ancaq bununla bağlı "AzPolitika.info”ya danışan maraqlı tərəf Cavid Qurbanovun fikirlərinin həqiqəti əks etdirmədiyini vurğuladı. O, Latviya şirkəti tərəfindən bütün elektrik qatarlarının "Azərbaycan Dəmir Yolları” QSC-yə təqdim edildiyini, bununla bağlı iki tərəfin təmsilçiləri arasında müafiq aktlar tərtib olunduğunu bildirdi.

Müqavilədə nəzərdə tutulan 5 elektrik qatarının "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən təhvil alınmasına dair hər biri üzrə ayrılıqda Akt tərtib olunduğunu bildirən mənbə, həmin aktların surətini də "AzPolitika.info”-ya təqdim edib (aşağıda şəkilləri verilib-red.).

скачанные файлы"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Əlirza Süleymanovun imzaladığı həmin aktlardan belə məlum olur ki, Latviya şirkəti müqavilədə üzərinə düşən öhdəlikləri yerinə yetirib. Yəni, 5 elektrik qatarının hamısını 2015-ci ilin sonuna qədər Azərbaycan tərəfinə təhvil verib.

Belə ki, təhvil-təslim aktlarının 2-si 2015-ci ilin iyun, 2-si avqust, 1-i isə oktyabr ayında imzalanıb. Bununla da Latviya şirkəti müqavilədə qeyd olunduğu müddətdən də tez qatarları Azərbaycan tərəfinə təhvil verib. Aktlarda qatarların bütün texniki göstəricilərinin müqaviləyə uyğun olduğu vurgulanıb.

Belədə bəzi suallar meydana çıxır:

Əvvəla, "Azərbaycan Dəmir Yolları” QSC Latviya şirkətindən qatarları harda təhvil alıb?

İkincisi də təhvil verilibsə qatarlardan biri niyə Azərbaycana gəlib çıxmayıb?

Bununla bağlı "Azpolitika.info”ya danışan mənbə bildirdi ki, ilkin müqavilədə "ALBUVE” ASC-nin qatarları "Azərbaycan Dəmir Yolları” QSC-yə harda təhvil verməsi öz əksini tapmayıb: "Ancaq 01 oktyabr 2015-ci il tarixdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla "ALBUVE” ASC-nin sədri Albert Uvarov arasında imzalanan əlavə müqavilədə Latviya şirkətinin 104 500 avro müqabilində 5 qatarı Azərbaycana nəql etməsi razılaşdırılıb.

Ancaq bundan cəmi 3 gün sonra "Azərbaycan Dəmir Yolları” QSC qatarların Azərbaycana nəqlinin başqa şirkətə verilməsinə dair yeni bir müqavilə təqdim edib. Yəni, "Azərbaycan Dəmir Yolları” QSC ilə ALBUVE” ASC arasında bağlanan müqavilələrə 3-cü bir şirkəti də qoşublar. Böyük ehtimalla, bu şirkət "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə yaxın adamlara məxsus olub. Məsələ ondadır ki, 3-cü müqavilədə 2-ci müqavilədə nəzərdə tutulan əlavə xərclər, o cümlədən nəql xərcləri kəskin artırılıb. Ancaq bununla da kifayətlənməyiblər. Sonradan qatarların nəqli və əlavə avadanlıqlarla təchizatına dair başqa 2 şirkət də cəlb olunmaqla, daha 4 müqavilə imzalanıb. Ən sonuncu müqavilədə isə məbləğ, müəmmalı şəkildə 920 min avroyadək artırılıb…”

demiryollari

"Ümumilikdə əsas müqavildən əlavə qatarların nəqli və sair məsələlərlə bağlı 3 şirkətlə 5 müqavilə imzalanıb. Məqsəsd nə olub, demək çətindir. Ancaq ehtimal ki, ənənəvi şəkildə mürəkkəb əməliyyatlarla küli miqdarda vəsaitin ortadan çıxarılmasına çalışılıb”, – mənbə bildirib.

Bəs necə olub ki, qatarlardan biri Azərbaycana gəlib çatmayıb? Hansı tərəf öz öhdəliyini yerinə yetirməyib?
Ortada olan sənədlər və məlumatlar ondan xəbər verir ki, problemin kökündə "Azərbaycan Dəmir Yolları” QSC-nin öz öhdəliklərini yerinə yetirməməsi durur.

"Şirkət üzərinə düşən öhdəlikləri icra etsə də, "Azərbaycan Dəmir Yolları” QSC qatarların pulunun ödənməsini gecikdirib. Vəsaiti uzun müddət ərzində hissə-hissə ödəyib. Hətta artıq Azərbaycana gətirilmiş 4-cü qatarın pulunun yarıdan çoxunu – 522 min avrosunu isə bu günə qədər ödəməyib. Buna görə də şirkət 5-ci qatarın Azərbaycana gətirilməsi baş tutmayıb. Baxmayaraq ki, 5-ci qatarın QSC-yə təhvil verilməsi barədə akt da imzalanıb”, – mənbə bildirib.

Ümumiyyətlə, ortada olan sənədlər Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gətirildikdən bir neçə gün sonra, tələm-tələsik imzalanan bu müqavilələrdə çoxlu sayda qaranlıq məqamların olduğundan xəbər verir. Xüsusən də sonradan imzalanan əlavə müqavilələr müəmmalarla doludur və çoxlu suallar doğurur, ciddi korrupsiya ehtimalına əsaslar verir. Lakin təəssüf ki, "Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi "kommersiya sirri” olduğunu əsas gətirərək, bu suallara aydınlıq gətirməkdən imtina edir. Baxmayaraq ki, ortada heç bir sirr də qalmayıb, hər şey ortadadır…

20190422_132334_resized20190422_132252_resized20190422_132215_resized20190422_132143_resized20190422_131948_resized


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az