“Cərimələrdən yığılan pulun bir hissəsi deputatların maaşına əlavə olunsun” – TƏKLİF

“Cərimələrdən yığılan pulun bir hissəsi deputatların maaşına əlavə olunsun” – TƏKLİF

"Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.


"Report”un xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir: "Milli Məclis dövlətin müstəqil qurumudur”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az