Üçrəngli bayraq

Üçrəngli bayraq

 İqrar Əzizli


Bütün kainatda qalsa son insan,

Bir kölgə olacaq başı üstündə..

Elə bir kölgə ki,görsən,sanarsan

Üsyanlar qaldıran dərya var göydə..

 

Ey kölgə sahibi,üçrəngli bayraq!

İnsan Vicdanının çəkilmiş şəkli!

Vicdan göstərirsə bütün həlləri,

Kölgəndə yer üzü vahidləşməli!

 

İlk öncə Qarabağ,sonra İrandan

Ən yüksək yerlərə səni sancacam!

Şərqə yol alacam ta Qərbə kimi,

Dünyada yalnız sən dalğalanacan!

 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az