Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

Miq.az-ın "AzərTAC”-a istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə – Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az