Dairə Seçki Komissiyasının sədri vəfat etdi

Dairə Seçki Komissiyasının sədri vəfat etdi

64 saylı Sabirabad ikinci Dairə Seçki Komissiyasının (DSK) sədri vəfat edib.

Miq.Az xəbər verir ki, uzun müddət ağır xəstəliklərdən əziyyət çəkən, 64 saylı Sabirabad ikinci seçki dairəsinin sədri Şükür Ələkbər oğlu İmanov yaşadığı Sabirabad rayonu Nərimankənd kəndində dünyasını dəyişib.

Məlumata görə, 65 yaşlı Şükür İmanov böyrək çatışmazlığından əziyyət çəkirmiş. Bir il əvvəl ona bacısının böyrəyi köçürülüb. Eyni zamanda, kardioloji problemi və ağır diabet xəstəsi olan DSK sədrinin son bir neçə gündə orqanizmi müalicələrə tabe olmadığından komatoz vəziyyyətə düşüb və süni nəfəs aparatına qoşulub.

Xatırladaq ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə 64 saylı seçki dairəsi üzrə lider namizəd Ramin Məmmədovdur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az