Daşkəsəndə arvadını və körpəsini çomaqla döyərək öldürən şəxsə AĞIR CƏZA

Daşkəsəndə arvadını və körpəsini çomaqla döyərək öldürən şəxsə AĞIR CƏZA
Daşkəsən rayonunda beşinci arvadını və 20 günlük körpəsini öldürən şəxsə hökm oxunub.

Miq.az "Report"
a istinadən xəbər verir ki,  Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə ötən ilin iyun ayında rayonun Şahvələdli kəndində baş həyat yoldaşı və 20 günlük körpəsini öldürən, 1979-cu il təvəllüdlü Rafiq Əliş oğlu Ələkbərovun məhkəməsi keçirilib.
Prosesdə Cinayət Məcəlləsinin 120.1 və 120.2.7 ci maddələri ilə təqsirli bilinən R.Ələkbərova 20 il həbs cəzası verilib.

Qeyd edək ki, R.Ələkbərov beşinci həyatyoldaşı olan, 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı çomaqla döyərək onu qətlə yetirib. Hadisə zamanı qadının qucağında saxladığı 20 günlük körpəsi də çomaq zərbələri alaraq ölüb. Ələkbərov qadının və körpə uşağının öldüyünü bikdikdən sonra hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az