Dələduzluq edən şirkət rəhbəri azadlığa buraxıldı

Dələduzluq edən şirkət rəhbəri azadlığa buraxıldı
Dələduzluq və vəzifə saxtakarlığı etməkdə təqsirləndirilən Elşən Rüstəmovun barəsində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.

Miq.az teleqraf.com-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Elşən Rüstəmovun kasasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.
Məhkəmə onun cinayət işi üzrə icraata xitam verib.
Elşən Rüstəmov dərhal cəzaçəkmə müəssisəsindən azad olunub.
İttiham aktına əsasən, Elşən Rüstəmov öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən, vəzifə saxtakarlığı törədib.
Belə ki, 2006-cı ildən 196 saylı Mənzil Tikinti Kooperativinin (MTK) sədri vəzifəsində işləyərkən Yasamal rayonu ərazisində yerləşən mənzili razılaşma protokoluna əsasən, "Avangard İnşaat" MTK-ya verilməsinə baxmayaraq, mənzilin həmin MTK-ya məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlətməklə 2011-ci ildə Yusif Abbasova 26 min 500 manata qanunsuz satıb.
Bundan başqa, o, həmin binanın digər 3 otaqlı mənzilini hazırladığı saxta sənədlərlə Səkinə Məmmədovaya 70 min 450 manata ыфежи.
Həmçinin Elşən Rüstəmov Vasil Rəhimova qarşı da dələduzluq edib.
Yasamal rayon Məhkəməsinin hökmü ilə ona 6000 manat miqdarında cərimə cəzası verilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti və təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsini qərarı ilə təqsirləndirlən şəxsin apelyasiya şikayətini təmin edilməyib.
Prokurorun apelyasiya protesti isə qismən təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Hökmə əsasən, Elşən Rüstəmov 2 il müddətinə azadlıqdan məhrum edilib və ona 2000 manat cərimə olunub və o, məhkəmə zalından həbs edilib.
Daha sonra məhkumun müdafiəçisi kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az