Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra mühafizəçilərin yanından BELƏ QAÇDI - ANBAAN VİDEO

Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra mühafizəçilərin yanından BELƏ QAÇDI - ANBAAN VİDEO

Sentyabrın 20-nə keçən gecə İstanbulun Florya adlanan ərazisindəki ofisində "Ədalət" partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirovun hadisə yerindən necə uzaqlaşması kameralara düşüb.


Miq.az  publika.az-a istinadən xəbər verir ki, Türkiyə mediası G.Dəmirovun hadisə yerinə gələn insanların arxasından necə keçib getməsini əks etdirən görüntüləri yayıb.

 

Qeyd edək ki, məlum qətldən 3 saat sonra keçmiş polis polkovniki və biznesmen olan Gözəl Dəmirov Beşiktaşdakı Etiler məhəlləsində sürücüsü ilə birgə tutulub. O, E.İsmayılovu dəyəri 4 milyon lirə olan şirkət səhmlərinə görə qətlə yetirdiyini etiraf edib.

Onu da qeyd edək ki, qətlə yetirilən E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında 4 yaşlı oğlu var.

 
 Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az