Dənizin sahilini çirkləndirən şəxslər CƏRİMƏLƏNDİ

Dənizin sahilini çirkləndirən şəxslər CƏRİMƏLƏNDİ
Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

Nazirlikdən Miq.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı rayonun Xəzər dənizinin sahil zolağına "Kamaz” markalı 99-KZ-932, 90-CR-686 və 10-CD-468 dövlət qeydiyyat nömrə nişanlı avtomobillərdən tullantıların boşaldıldığı faktı aşkar edilib.
Faktlarla bağlı avtomobillərin sahibləri Saleh Cəfərov, Rauf Məmmədov və Elməddin Vəliyev barəsində protokollar tərtib edilib və qanun pozucularının hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə olunublar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az