Depuat GÜLLƏLƏNƏN azərbaycanlıdan yazdı- Müəmmalı kriminal keçmiş

Depuat GÜLLƏLƏNƏN azərbaycanlıdan yazdı- Müəmmalı kriminal keçmiş

Azərbaycan restoranı olan "Dolma”nın qarşısında güllələnmiş Davud Ağayevin adı 3 il əvvəl baş verən sui-qəsd olayında da hallanıb.

Ötən gün Kiyevdə azərbaycanlı güllələnib.

"Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə Azərbaycan restoranı olan "Dolma”nın qarşısında baş verib. Hücuma məruz qalan şəxs xəstəxanada dünyasını dəyişib. Qatilin isə axtarışları davam etdirilir.

Hüquq-mühafizə orqanları ölənlə bağlı heç bir məlumat açıqlamasalar da, xalq deputatı İqor Mosiyçuk onun kimliyini feysbuk hesabında açıqlayıb. Deputat bildirib ki, öldürülən şəxs azərbaycanlı Davud Şahvələd oğlu Ağayevdir. O, kriminal avtoritet Oleq Bakinskinin yaxın adamı olub.

Məlum olub ki, Davud Ağayevin adı 3 il əvvəl baş verən sui-qəsd olayında da hallanıb. Belə ki, 2015-ci ilin martın 26-da evindən çıxan kişiyə odlu silahdan ayağından atəş açılır. Sui-qəsd planından əvvəldən xəbər tutan hüquq-mühafizə orqanları cinayətkarları yaxalamaq üçün hərəkətə keçirlər. Kiyevin mərkəzində "Alfa” xüsusi təyinatlıları və şəhər milisi onları silahlı təqib edirlər. 

Nəticədə biri D.Ağayev olmaqla 3 azərbaycanlı saxlanılır. D. Ağayevin üzərindən silah götürülür. O, adam öldürməyə cəhd və polisin həyatına təhlükə yaratmaqda təqsirli bilinir. Ömürlük azadlıqdan məhrum etməyə qədər cəza alacağı gözlənilən D.Ağayevin necə azadlığa çıxması isə müəmma olaraq qalır. 

Ukrayna KİV-i onun azadlığa çıxmasında, biznesmen-milyoner və məşhur kriminal avtoritet kimi tanınan Oleq Bakinskinin rolu olduğunu istisna etmirlər. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az