Deputat Qəbələ və Lənkəran aeroportlarını icarəyə verməyi təklif etdi

Deputat Qəbələ və Lənkəran aeroportlarını icarəyə verməyi təklif etdi
"Bu il Gürcüstana 5 milyon 300 min turist gəlib. Çünki Gürcüstanda Kutaisi aeroportu var. Oradan 30 avroya Avropaya uçurlar”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Rauf Əliyev deyib.
"Çünki Kutaisi aeroportu loukosterlərə verilib. Bizdə də Qəbələdə, Lənkərandakı aeroportlar loukosterlərə verilsə, qiymətlər ucuz olar. Eyni zamanda ölkəyə çoxlu turist gələr”-deyə deputat əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az