Deputatın qohumuna vəzifə verildi

Deputatın qohumuna vəzifə verildi

Sabirabaddakı M.Ə.Sabir adına 1 saylı orta məktəbinə yeni direktor təyin edilib.

VİZUAL.az xəbər verir ki, yeni direktor əslən sabirabadlı olan, Sumqayıtdan millət vəkili seçilmiş Mirzəcan Xəlilovun qardaşı qızı Sevinc Xəlilovadır.

O, parlament seçkilərindən bir neçə gün sonra direktor vəzifəsinə təyinat alıb.

S.Xəlilova 1973-cü ildə Sabirabad rayonunda anadan olub, BDU-nun coğrafiya fakültəsini bitirdikdən sonra adıçəkilən məktəbdə müəllim işləyib.

Qeyd edək ki, xeyli müddət idi 1 saylı məktəbdə direktor vəzifəsi boş qalmışdı. Sabiq direktor Diləfruz Mustafayeva kredit qalmaqalı ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.|gun.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az