Deputatlar onları ayaq üstə alqışladı

Deputatlar onları ayaq üstə alqışladı

Azərbaycanda koronavirusla mübarizədə gömrük, polis, sərhəd qoşunları və tibb işçiləri fədakarlıq göstərir.

Miq.Az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.

Spiker əlavə edib ki, biz onlara nə qədər təşəkkür etsək də azdır: "Təklif edirəm ki, ayaq üstə bu fədakar insanları alqışlayaq”.

Spikerin təklifindən sonra deputatlar ayaq üstə tibb işçilərini, polis əməkdaşlarını, gömrük və Sərhəd Qoşunları əməkdaşlarını alqışlayıblar.

Qeyd edək ki, ötən iclasda millət vəkilləri həkimləri ayağa durmadan, yəni oturan yerdə alqışlamışdılar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az