DÜŞMƏN bu azərbaycanlılara görə HƏRBİ VERTOLYOTLARI göyə qaldırıb

DÜŞMƏN bu azərbaycanlılara görə HƏRBİ VERTOLYOTLARI göyə qaldırıb

Bütün Azərbaycan onlardan danışır- Dilqəm, Şahbaz və Həsən...

Dilqəm, Şahbaz və Həsən... Bütün və Bütov Azərbaycan sizdən danışır!!!

Qorxmadan, çəkinmədən, ölümü, girov düşməyi göz altına alaraq,Vətənə, millətə, torpağa, bayrağa olan HƏMRƏYLİYİNİZ mübarək!!!

Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlarımızın davamçıları- Dilqəm, Şahbaz və Həsən...Bu say getdikcə çoxalır, hətta yüz minlərin üstündədi bu kimi qəhrəman oğullarımızın sayı. 

Dilqəm və Şahbaz- Şuşa türməsinə hətta ƏSRLİYİ ilə ŞƏRƏF gətirən ASLANLAR!!!

Sizlər idiniz düşmənin yuxusunu ərşə çəkən ƏRƏNLƏR!!!

Biz gəlirik, sizi xilas etməyə! Millət olaraq HƏMRƏYLİYİMİZ, Xankəndində üçrəngli bayrağımızı dalğalandırmaq məhz sizlərin xilasından, şəhidlərimizin narahat ruhlarını şad etməkdən keçir! Azərbaycan Ordusunun düşmən üzərində özünütəsdiqi, Ali Baş Komandan qarşısında etimadı məhz sizi azad etməkdən keçir!!! 

Ən böyük təbriklərə, sözlərin ən yaxşısına, titulların ən alisinə SİZ laiqsiniz, VƏTƏN OĞULLARI! 

Sizdən öyrəndik əsir düşmüş torpaq uğrunda həmrəyliyin necə olmağını!

İsti nəfəsinizlə isidin əsir düşmüş Şuşamızı, ta ki Azərbaycan əsgəri gələnə qədər...Soyuqdan çat vermiş əllərinizlə toxunun Şuşa türməsinin divarlarına. Susuzluqdan çat vermiş dodaqlarınızla opün düşmən çəkmələri altında inləyən Qarabağ torpağını...

Bir gün bir səslər eşidəcəksiniz...Top, mərmi, qırıcı təyyarələrin səsi, tank tırtılları, mərmi uğultusu...O toplar, mərmilər Azərbaycan zabitinin, əsgərinin "Atəş" əmriylə açılacaq!!! Mütləq açılacaq! Və bir gün qarşınızda qəhrəman Azərbaycan əsgərini görəcəksiniz-qol boyun olub, qucaqlaşıb sevincdən hönkür-hönkür ağlayaraq ucadan qışqıracaqsınız: "ƏSGƏR GƏLİR!!!!-Azərbaycan əsgəri!!!!

****
/ ]
Əziz oxucular! Şəhid Həsən Həsənovun, bu gün Şuşa türməsində əsirlikdə saxlanılan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin şəxsiyyəti, həyat yolu, xarakteri hər kəsi heyrətləndirib, maraqlandırıb, özünə çəkib.  Belə FƏRDLƏRİ gənc nəslə yaxından tanıtmalıyıq. Bəlkə, onda bir MİLLƏT olaraq torpaqlarımızı işğaldan azad edə bilərik. Vətənə fəda olmağı üstün tutan Həsən Həsənov, RUHUN ŞAD OLSUN!!!

Dilqəm, Şahbaz və Həsən... Bu üç qəhrəmanın qorxusundan  düşmən bütün hərbi gücünü ortaya qoyub, onların olduğu əraziyə qoşun yeridib, göyə hərbi vertolyotlar qaldırıblar...

 Rəhmətlik Akif Məmmədov Miq.Az saytında "Xankəndində dəfn olunan ŞƏHİDİMİZ" adlı məqaləsində (http://www.miq.az/az/ermenilerin-xankendinde-defn-etdiyi-sehidimiz/?fbclid=IwAR0F2Hyq3N4VJU_d6y4a_b_3PtAFWxCdhQD62h9J1ln0ge1FoyRWVKuqZos) bu üç qəhrəmanla bağlı təəsüratlarını belə bölürdü: "Mən bu yazını hazırlayarkən Dilqəmlə Şahbazın qondarma məhkəmə prosesini əks etirən video mənbələri, xəbər saytlarını nəzərdən keçirdim, bir neçə dəfə ailə üzvləri ilə - Həsənin valideynləri, qardaşları ilə görüşdüm. Özüm üçün müəyyənləşdirdim ki, bu üç fədainin ələ keçməsi prosesi təxminən belə olub: ermənilər yaşayan, amma vaxtilə azərbaycanlılara məxsus kəndlərdən birindən çıxanda 18-20 yaşında bir oğlan onları görür. Uşağın duyuq düşdüyünü və onları satacağını yəqin etdiklərindən onu girov götürürlər (https://www.youtube.com/watch?v=jtWq9ESCeN0).Bir neçə gün özləri ilə gəzdirdikdən sonra uşağı buraxmağa məcbur olurlar (https://www.youtube.com/watch?v=TM8I9HT4K7A).Ermənilər uşağın meyitini tapırlar. (Dilqəm və Şahbaz məhkəmədə uşağın öldürülməsindən xəbərsiz olduqlarını deyirlər. Ancaq ermənilər bu cinayəti Dilqəmin həyata keçirdiyini "sübut edib”, ona ömürlük həbs cəzası kəsirlər).

Düşmən bütün hərbi gücünü ortaya qoyur; əraziyə qoşun yeridilir, göyə hərbi vertolyotlar qaldırılır

Bir neçə gündən sonra dostlar təhlükənin sovuşduğunu zənn edib Şahbazı evlərdən birinə qənd və çay almağa göndərirlər, Dilqəmlə Həsən isə uzaqdan onu müşahidə edirlər. Şahbaz qapıya çıxan erməniyə: "Gürcüstan vətəndaşıyam, azmışam”, - deyir və bir qədər qənd-çay istəyir. Əslində ermənilər bərk qorxuya düşmüş, hamıya təhlükəli "diversantlar”  barədə xəbər vermiş, hər tərəfdə pusqu qurmuşdular. Evin sahibi Şahbaza bir qədər gözləməyi tapşırır və içəri keçib müvafiq orqanlara zəng edir. İki nəfər mülki geyimli şəxs gəlib Şahbazı tutur. Bunu görən Dilqəm Daşkəsən, Həsən isə Ermənistan tərəfə hərəkət edərək izi azdırmağa çalışırlar.Ancaq düşmən əraziyə qoşun yeridilir, göyə hərbi vertolyotlar qaldırılır. Həsən qarşısına çıxan "Niva” markalı maşındakı hərbi hissə komandirinin müavinini və onun sürücüsünü öldürərərək maşını ələ keçirir, hadisə yerindən uzaqlaşmağa cəhd edir. Ancaq mümkün olmur. Onu hər tərəfdən atəşə tuturlar. Həsən özünə mövqe seçir və düşmənə müqavimət göstərir. Erməni xəbər mənbələrinə görə, qarşılıqlı atışma nəticəsində Həsən öldürülür. Ancaq Həsənin qardaşı Nail deyir: "Güllələrdən biri qardaşımın gicgahından dəymişdi. Hiss olunurdu ki, atəş lap yaxından açılıb. Əgər uzaqdan açılsa idi, beyni, başı dağılardı.Həm də güllənin daxil olduğu yerin ətraflarında yanıq yerləri var idi. Bu da silahın lüləsinindən çıxan qığılcımın izləri idi”.

Görünür, Həsən düşmənin əlinə diri keçməkdən özünü öldürməyi daha üstün tutmuşdu..."

Xatırladaq ki,  2014-cü ildə işğal altındakı Kəlbəcər rayonuna – dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər. 11 iyul 2014-cü ildə baş verən hadisədə Dilqəm Əsgərov, Şahbaz Quliyev canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb.
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az