Qərar "Türkmənhavayolları” Agentliyinin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Qərarın mülki təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verildiyi qeyd olunur.
Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter” hesabında Ukraynaya məxsus təyyarəyə "səhvən” raket atıldığını qeyd edib. Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub. (oxu.az)
Daha əvvəl belə bir qərarı İsveç hökuməti qəbul etmişdi. Analoji qərar qəbul edən ölkələrin sayında artım gözlənilir.(Bizim Yol)