Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
Dünyada qaçqınların sayı 2017-ci ildə rekord həddə - 68,5 milyona çatıb.

Miq.az report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə ali komissarlığı iyunun 19-da məlumat yayıb.
Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.

Məlumata əsasən, son hesabat dövründə qaçqınların sayı dünya üzrə 3,1 milyon nəfər çoxalıb. Qaçqınların çoxu, 40 milyonu öz ölkələrinin daxilində yerlərini dəyişənlərdir.
Qaçqınların çoxu Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidəndir. Onların 85 faizi adambaşına düşən gəlirin orta səviyyəsi az olan ölkələrin, xüsusi ilə Livan, Pakistan və Uqanda vətəndaşlarıdır.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az