"Düşmənə ən şiddətli raket-bomba zərbəsi endirilməlidir"- Nazim Bayramov


"Mən gözləyirəm ki, Prezident daxildəki düşmənlərə etdiyi xəbərdarlıqdan işğalçıya da edəcək.  Bəşəriyat vahid düşmənə qarşı- koronavirus pandemiyasına qarşı- müharibə apardığı vaxtda erməni tərəfdən bizə bircə atəş açılsa, işğalçının bütün hərbi infrastrukturu massiv hava, raket-artilleriya zərbəsi ilə məhv ediləcəyi haqqında qəti, rəsmi xəbərdarlıq edilməlidir. Bu da xarici düşmənə qarşı əsl güclünün addımı olardı."

Hərbi icmalçı, Nazim Bayramov Miq.Az-a açıqlamasında  bu barədə bildirib.

Dünya pandemiya ilə misli görülməmiş mübarizə aparır, bir sıra ölkələrdə bu işə ordu hissələri cəlb olunub. 

Hərbi icmalçı qeyd edir ki, ən qızğın müharibələr səngiyib. Hətta İdlibdə ən müxtəlif düşmənlər, terrorçu dəstələr hərbi əməliyatları dayandırıblar. ABŞ öz İraqdakı bazalarına son raket hücumuna cavab verməkdən imtina elədi zamanı deyil: 

"Ermənistan isə cəbhədə və sərhəddə eskalasiyanı davam etdirir. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı günlərində 25 və 30 dəfə atəşkəsi pozub. Düşmən, dünyada elan olunmuş pandemiyanı, bəşəriyata real təhlükələri belə iqnor edərək, aqressiv davranır. Ona qəti xəbərdarlıq olunmalı, atəşkəsi bir daha pozsa, ən şiddətli raket-bomba zərbəsi endirilməlidir."-deyə Nazim Bayramov bu barədə öz fikrini bildirir.

Xatırladaq ki, Müdafə Nazirliyinin Miq.Az-a verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili kəndi yaxınlığında, həmçinin Goranboy və  Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Elmin Alişov
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az